SAGİRDLƏRİMİZ ,,QOBUSTAN DÖVLƏT TARİXİ-BƏDİİ QORUĞU”NA EKSKURSİYA EDİBLƏR

Martın 30-da məktəbin 7"C" sinif şagirdləri tarix müəllimi Samirə Soltanəliyevanın təşkilatçılığı ilə "Qobustan dövlət tarixi-bədii qoruğu"nda olmuşlar. Qobustan qoruğu 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji materiallar saxlanılır. Arxeoloqlar tərəfindən 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb. Şagirdlər ibtidai icma quruluşundan başlayaraq, cəmiyyətin tarixi inkişafını ardıcıl əks etdirməklə bir növ qayalar üzərində həkk olunmuş salnamə xarakteri daşıyan tarix, incəsənət, təbiət elmləri üçün böyük əhəmiyyəti olan Qobustan qaya təsvirləri kompleksi ilə yaxından tanış oldular. Muzeyin əməkdaşları şagirdlərə milli-mənəvi dəyərlərimiz, onların mühafizə edilməsi, təbliğ olunması haqqında geniş məlumat verdilər.

Məktəblilər aldıqları məlumatlardan məmun qalaraq  xoş  təəssüratlarla geri qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi