2 APREL –,,BEYNƏLXALQ UŞAQ KİTAB GÜNÜ”NƏ HƏSR EDİLMİŞ TƏDBİR

2 Aprel  Beynəlxalq  Uşaq  kitab  günüdür. Bu münasibətlə məktəbin  3 "D" sinif  şagirdlərinin  iştrakı ilə “Kim çox oxuyar”müsabiqəsi keçirildi. Sinif müəllimi  Məhsəti  Rəhimova uşaqları  mütaliə  etməyə, söz ehtiyatlarını  artırmağa alışdırmaq üçün bu müsabiqəni keçirdiyini söyləyir. Şagirdlərin  kitabxanaya  üzv olması, onların yaşlarına  uyğun  kitablar  götürüb oxumaları təmin edilir. Tədbirin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin, kitabın mühüm rolunun və kitaba marağın artırılması idi. Bu müsabiqənin qalibləri  məktəb rəhbərliyi  tərəfindən “Tərifnamə” ilə  təltif  edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi