31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

Martın 30-da məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq  “Unudulmaz faciə”  adlı tədbir keçirildi. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Vüsalə Əliyeva 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verdi. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək soyqırım haqqında öz fikirlərini söylədi, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi