1 №Lİ ÇÖRƏK ZAVODUNA EKSKURSİYA TƏŞKİL EDİLDİ

     Martın 26-da məktəbin 3,,D” sinif şagirdləri Texnologiya fənn dərslərinə uyğun olaraq sinif müəllimi Məhsəti Rəhimovanın rəhbərliyi ilə  ,,Gilan Holding” MMC-nin 1№li Çörək zavoduna gəzinti təşkil etmişlər. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub.  Müəssisənin ümumi sahəsi 3 hektara yaxındır və gündəlik istehsal gücü 168 ton təşkil edir. Zavodun açılışı 2013-cü ilin oktyabr ayının 18-də Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən zavodda bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Şagirdlər ekskursiya zamanı zavodda yaradılmış bu şəraitlə tanış oldular və onları maraqlandıran suallara müəssisənin texnoloqu tərəfindən ətraflı məlumat aldılar. Məktəblilər bu ekskursiyadan xoş xatirələrlə ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi