,,Ulduz”şokolad fabrikinə ekskursiya təşkil edildi

      Martın 25-də 17 nömrəli tam orta məktəbin 7,,E” sinif şagirdləri ,,Eko” layihəsi çərçivəsində  biologiya müəllimi Sudabə Əfəndiyevanın rəhbərliyi ilə ,,Ulduz” şokolad  fabrikinə gəzinti təşkil etmişlər.  2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. "Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Şagirdlər ekskursiya zamanı fabrikdə yaradılmış bu şəraitlə  tanış oldular və onları maraqlandıran suallara bələdçilər tərəfindən ətraflı məlumat aldılar. Məktəblilər bu ekskursiyadan  xoş xatirələrlə  ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi