1”B” sinfində “Novruz bayramı”

     Martın 19-da məktəbin 1b sinfində Azərbaycan dili müəllimləri Məmmədova Sevinc və Mürsəlova İradənin təşəbbüsü ilə “Novruz Bayramına” həsr olunmuş kiçik bir bayram tədbiri keçirildi. Şagirdlərimiz bu tədbirdə maraqlı çıxışlar etdilər. Novruz adət-ənənələrinə aid bayatılar, haxışdalar, Novruzun gəlişinə həsr olunmuş şeirlər, milli rəqslər nümayiş etdirdilər. Tədbirdə məktəbin direktor müavini Nərgiz Hüseynova, Azərbaycan dili və Ədəbiyyat fənn metodbirləşmə sədri Kəmalə Zamanova, İbtidai sinif müəllimi Bəturə Saniyeva iştirak etdilər. Tədbirin sonunda məktəbin direktor müavini Nərgiz  Hüseynova iştirakçıları təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi