NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR

Milliliyi, milli-mənəvi dəyərləri yaşatmaq, milli xüsusiyyətləri şagirdlərə aşılamaq, milli bayramlarımızı dünyaya tanıtmaq məqsədi ilə 15, 16 və 18 mart tarixlərində məktəbdə Novruz bayramına həsr olunmuş növbəti tədbirlər keçirilmişdir. Tədbirlər  2,,C”, 1 ,,Fvə  4,,D”  sinif müəllimləri Tənzilə Salahova, Xəyalə Babayeva və Zülfiyyə Rzayevanın  rəhbərliyi ilə təqdim olunmuşdur. Aparıcılar  tədbiri açıq elan etdikdən sonra Novruzun atributlarından olan “Su”, “Od”, “Yel”, “Torpaq” çərşənbələr ardıcıllıqla  səhnəyə çıxdılar və özlərinə xas olan əlamətləri ifadə edərək çərşənbələr haqqında söhbət açdılar. “Elimizə bahar gəlir” mahnısının sədaları altında “Bahar qızı” səhnəyə dəvət olundu. Sonra Kosa və Keçəl məzəli oyunlarla məclisi şənləndirdilər. Yazın gəlişi ilə əlaqədar qeyd olunan bu bayram günlərində kiçikyaşlı məktəblilər çox gözəl tədbir nümayiş etdirdilər. Gözəl səhnə tərtibatı əsl yaz günlərindən xəbər  verirdi. Məktəblilərin ifasında səslənən şeir, musiqi nömrələri, göstərilən səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Kiçik yaşlı məktəblilərin istedadı hər kəsi heyran qoydu.

Tədbirdə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

Sonda  məktəbin direktoru  Nazilə Əliyeva  çıxış edərək, bütün  tədbir iştirakçılarını  Novruz  bayramı  münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi