,,Bədən tərbiyəsi və İdman günü”nə həsr edilmiş idman yarışları keçirildi

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan  edilib.

01-05 mart tarixlərində 17 nömrəli tam orta məktəbdə  ,,Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş  məktəbdaxili ,,Voleybol” idman yarışı  IX-X sinif şagirdləri  arasında  idman müəllimi Lyubov Komarovanın rəhbərliyi ilə təşkil edilmişdir. Bu yarışda 10 komanda  iştirak edirdi. Final mərhələsi  9,,Ə” və 9,,B” sinif  komandaları arasında gərgin oyun  şəraitində 9,,E” komandasının qələbəsi ilə yekunlaşdı. Növbəti ,,Pionerbol” yarış isə VI sinif komandaları arasında idman müəllimi Naidə İsakovanın rəhbərliyi ilə  təşkil edilmişdir. Final mərhələsi  6,,D” və 6,,E” sinif komandalari arasında keçirilmiş və 6,,E” komandası qalib gəlmişdir. Məktəbin direktoru Nazilə Əliyeva qalib komandaları diplom və medallarla təltif edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi