Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği bütün Azərbaycan xalqının ümdə istəyidir

Müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin - ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikamıza hələ birinci rəhbərliyi dövründə milli iqtisadiyyatın inkişafı üçün böyük işlər görülmüş, iri sənaye müəssisələri tikilmiş, bütün sahələrdə əsaslı yüksəlişə nail olunmuş, respublikamızın abadlaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində müttəfiq respublikalar arasında Azərbaycan iqtisadi durumuna görə qabaqcıllar sırasında olmuşdur.Heydər Əliyev sovet illərində Azərbaycana rəhbərliyi zamanı böyük riskə gedərək milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin yüksəlişi istiqamətində də mühüm addımlar atmış, bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açmışdır. Bunun nəticəsi idi ki, o dövrdə Azərbaycanda elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sürətlə inkişaf etmiş, milli-mənəvi dəyərlərin qorunmasının prioritetliyi təmin olunmuşdur.Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifahının yaxşılaşmasına xidmət edən siyasi xəttini daha böyük prinsipiallıqla və ardıcıllıqla həyata keçirməyə başlamışdır. Ulu öndər xalqın çağırışına cavab verərək hakimiyyətə qayıtdıqdan sonra öncə respublikanı xaosdan, parçalanmadan, vətəndaş müharibəsindən xilas etmiş, hakimiyyət boşluğunu qısa müddətdə tam aradan qaldırmış, dövlətçiliyə qəsdlərin qarşısını böyük məharətlə almış, vətəndaş sülhü istiqamətində ciddi addımlar atmışdır. Bütün bunlar Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlamaq imkanı yaratmışdır.Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Heydər Əliyevin yeni neft strategiyası dövlətimizin müstəqilliyinin qarantı olmaqla bərabər, sərbəst iqtisadi münasibətlər mexanizmini hərəkətə gətirmiş, ölkənin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqın maddi rifahının yüksəlməsi üçün böyük əhəmiyyət kəsb edən xarici investisiyaların cəlb olunmasını təmin etmişdir. Heydər Əliyev Azərbaycanın dünyanın siyasi arenasında layiqli yer tutmasını təmin etmiş, tarixə həm uğurlu regional layihələrin müəllifi, iqtisadi islahatların yaradıcısı kimi düşmüşdür.Elə buna görə də müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev respublikamızın dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanmışdır. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrilmişdir.2003-cü və 2008-ci illərdə ölkəmizdə keçirilən prezident seçkisinin nəticələri, Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin inamlı qələbələri, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi göstərir ki, ulu öndərin müəyyənləşdirdiyi siyasət daimi və əbədidir. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Ümummilli lider Heydər Əliyevin doğum gününün hər il ölkəmizdə geniş qeyd olunması da bu istəkdən və ulu öndərin əziz xatirəsinə xalqımızın dərin ehtiramından irəli gəlirQeyd etdiyimiz kimi, Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin xüsusən formalaşan gənc nəsil tərəfindən öyrənilməsi bütün Azərbaycan xalqının ümdə istəyidir. Bu mənada Prezident İlham Əliyevin imzaladığı sərəncam ulu öndərin irsinin öyrənilməsi ilə yanaşı, həm də təbliği baxımından mühüm təşəbbüsdür. Sərəncama əsasən hazırlanacaq tədbirlər planındakı məsələlərin icrası ulu öndərin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi, geniş təbliğ olunması və həm də hərtərəfli inkişaf etdirilməsi baxımından ölkəmizin siyasi-ictimai və mədəni həyatında böyük rol oynayacaq.12 fevralda Azərbaycan Respublikasınınlideri Heydər Əliyev irsinin öyrenilməsi üçün XI sinif şagirdləri üçün açıq dərs YAP-da təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi