20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR DAVAM EDİR

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər məktəbimizdə davam edir. 21 yanvar tarixində sinif müəllimi Zülfiyyə Rzayevanın rəhbərlik etdiyi 4,,D” sinif şagirdlərinin iştirakı ilə açıq sinif təşkilatı saatı keçirilmişdir. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər və sənədli filmlərlə davam etmişdir. Sonda sinif müəllimi Zülfiyyə Rzayeva Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barəsində ətraflı məlumat verərək, şagirdləri 20 Yanvar faciəsini unutmamağa, tariximizi dərindən öyrənməyə və vətəni sevməyi tövsiyə etmişdir.