20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

19 yanvarda məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq tədbir təşkil olunmuşdur. Tədbir biologiya müəllimi Xəyalə Cəfərovanın rəhbərliyi və VIII sinif şagirdlərinin iştirakı, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər və səhnəciklərlə davam etmişdir.  Sonda məktəbin direktoru Nazilə Əliyeva Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi  barəsində ətraflı məlumat verərək, şagirdləri 20 Yanvar faciəsini unutmamağa, tariximizi dərindən öyrənməyə və vətəni sevməyi tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi