,, İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİXİ-MEMARLIQ MUZEYİNƏ EKSKURSİYA

16 yanvarda ,,Şirvanşahlar Saray Kompleksi” muzeyində yaradılmış ,,Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgisinə ekskursiya təşkil edilmişdir. Ekskursiyada  5,,D” sinif şagirdləri  və tarix müəllimi Leyla Qəribova iştirak edirdilər. Şagirdlər sərgidə Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid  XIV-XV əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlilullaha məxsus zirehli geyimlər, XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələr, eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi-mədəniyyət nümunələri nümayiş olunurdu. Muzey bələdçilərinin yardımı ilə  azyaşlılar Şirvanşahlar dövrünə aid eksponatların muzey sahəsində innovativ yeniliyi olan 3D holoqram təqdimatları haqqında da məlumatlar aldılar. Məktəblilər bu ekskursiyadan xoş xatirələrlə  ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi