MƏKTƏB MƏZUNLARININ UNEC-İQTİSAD UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLDİ

22 noyabrda 17 nömrəli tam orta məktəbdə UNEC-Azərbaycan Dövlət İqtisad Universiteti distant və qiyabi təhsil mərkəzinin şöbə müdiri Yalçın Köçərli və iqtisad fakültəsinin dosenti Elşən Məmmədov ilə məzunlar arasında görüş keçirildi. Görüşün əsas məqsədi məzunları bu ali məktəblə, onun elmi–texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən qonaqlar məktəbimizin məzunlarına UNEC-İqtisad Universitetinin uğurları, təhsil sistemi haqqında geniş məlumat verdilər. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi