Bayrağımız qürur mənbəyimizdir

Azərbaycan Respublikasının dövlət bayramları sırasına daha bir əlamətdar gün — 9 noyabr — Dövlət Bayrağı günü daxil olmuşdur. Ölkəmizin bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən-nəsillərə keçərək günümüzədək gəlib çatmışdır. Dövlətçilik tariximizdə mövcud olan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapmışdır."Bayrağımız qürur mənbəyimiz"mövzusunda bayraq meydanı işçiləri tərəfindən məktəb şagirdləri üçün mühazirə təşkil edilmişdir.“Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunurBakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən şəhərin təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr keçirilir. Xüsusi cədvələ əsasən təşkil olunan mühazirələrdə əməkdaşlar slaydlardan istifadə edərək mövzu ilə əlaqəli şagirdləri məlumatlandırırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi