“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçiriləcək

Bakının ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında bu ilin fevral-aprel aylarında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçiriləcək.Müsabiqə üç mərhələdə keçiriləcək.Yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd məktəblilərin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.Təhsil müəssisələrində müsabiqənin birinci mərhələsi fevralın 1-dən martın 1-dək, ikinci mərhələ Bakının rayonları üzrə martın 7–dən aprelin 4-dək, üçüncü mərhələ isə Bakı şəhəri üzrə aprelin 11-15 də keçiriləcək.İştirakçılar iki akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq kimya fənni üzrə 30 sualdan ibarət testi, beş məsələni və bir təcrübə işini yerinə yetirməlidirlər. Qaliblər ekspert qrupu tərəfindən beş bal sistemi ilə müəyyənləşdirilir. Ən çox bal toplayan komanda qalib sayılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi