,,Əlvida ibtidai sinif !” tədbiri keçirildi

09 iyun tarixində  məktəbin 4”C” sinif  şagirdləri, sinif  müəllimi  İradə Seyfəliyevanin  təşkilatçılığı  ilə   “Əlvida, məktəb !”  adlı   bədii kompozisiya   təqdim etdilər. Tədbirdə məktəb müdiriyyəti,müəllimlər və valideynlər də iştirak edirdilər. Məktəblilərin  ifasında  müxtəlif  şeirlər  söylənildi,mahnı  və rəqslər  ifa olundu. Onlar  öz sevinclərini   izləyicilərlə  bölüşərək,fərdi  bacarıqlarını məharətlə nümayiş etdirə  bildilər. Onları  bilik və bacarıqla silahlandıran  sinif müəlliminə   təşəkkür  dolu  nəğmələr,və  şeirlər  səsləndirdilər. Kövrək  notlarla yekunlaşan  tədbir  hamı tərəfindən   maraqla qarşılandı.

Tədbirdə  iştirak edən   məktəbin direktoru  Nazilə Əliyeva sonda  xoş  sözlərlə  çıxış  edərək,onlara gələcəkdə  yeni  təhsil   nailiyyətləri  arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi