“ Oxu günü “ nə həsr olunmuş əyləncəli-intellektual yarış keçirildi

21 aprel  tarixində “Dünyada  kitabdan  əziz  dost  yoxdur ” mövzusunda, məktəbin  VII  sinif  rus bölməsinin şagirdləri  arasında müəllim Anjelika Qasımovanın təşkilatçılığı ilə “Oxu günü “ nə  həsr olunmuş  əyləncəli – intellektual  yarış keçirildi.

Yarışma zamanı  şagirdlər  bir daha  subut  etdilər ki , insan  üçün ən  gözəl istirahət mütaliə  etməkdir. Məktəblilər  şair  və yazıçılarımız haqqında  mükəmməl  bilik nümayiş  etdirə  bildilər.  Tədbirdə gözəl  şeirlər səsləndirildı. Şagirdlər  bədii  qiraət  nümunələrini  bacarıqla nümayiş  etdirə bildilər.Yarış  bir neçə mərhələdən  təşkil olunmuşdu. Hər mərhələ  öz rəngarəngliyi  ilə  diqqəti cəlb  edirdi.Mövzu  ətrafında  divar  qəzetlərinin  və  referatların  təqdimatı   böyük  marağa  səbəb oldu. Rəqs və musiqi  nömrələri  ilə  müşayiət  olunan  yarışma  “Oxu günü “ nə həsr olunmuş  ən böyük  töhvə idi.

Tədbir  hamı  tərəfindən  maraqla izlənildi.Sonda  məktəb müdiriyyəti  şagirdlərin fəallığını  yüksək  qiymətləndirərək ,onlara  daha  böyük  uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi