Yazıçı “Qızıl qələm” laureatı Elxan Elatlı ilə görüş keçirildi

20 aprel tarixində məktəbdə  öz əsərləri ilə böyük  oxucu kütləsinin  sevgisini  qazanmış  yazıçı, şair,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlının şagirdlərlə görüşü keçirildi. Görüşdə məktəbin müdiriyyəti, müəllimləri, Xətai rayon Mərkəzi Kitabxanasının işçiləri və şagirdlər iştirak edirdilər. Yazıçının əsərlərindən təşkil olunmuş sərgi yazar haqqında geniş təsəvvür yaratmağa yardımçı oldu. Şagirdlər yazıçı ilə çox maraqlı polemika yaratdılar.Onları maraqlandıran suallara cavab almaqla yanaşı, öz maraqlı düşüncələri ilə də bölüşdülər.Yazıçı bugünkü gənclik və yeniyetmələr haqqında çox maraqlı fikirlər söylədi.Çox maraqlı keçirilən bu tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva kollektiv adından öz təşəkkürünü bildirərək belə görüşlərin çox əhəmiyyətli olmasını vurğuladı. Sonda yazıçı ilə xatirə şəkilləri çəkildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi