,,Böyük Coğrafi kəşflər dövrü”nə aid tədbir

03 aprel  tarixində   məktəbdə  “Böyük Coğrafi kəşflər dövrü”nə  həsr olunmuş  tədbir keçirildi.Məktəbin coğrafiya  müəllimi Məmmədova  Günayın təşkilatçılığı  ilə  6c sinif  şagirdləri  gözəl bir kompozisiya ilə  kollektiv qarşısında  çıxış etdilər.Musiqi  ilə sintez olunmuş bu tədbirdə   coğrafiyaya aid maraqlı fikirlər səsləndirildi.Şagirdlər X.Kolumb,Vasko da  Qama,F.Magellan,X.Elkano kimi məşhur  səyyahlar haqqında  geniş məlumat verdilər.Tədbirdə eyni zamanda  “Nə?,Harada?,Nə vaxt?” adlı intelektual oyun da keçirildi.Şagirdlər bu yarışmada  fəal iştirak edərək,gözəl bilik nümaiş  etdirə  bildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi