“Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi

28  mart  tarixində məktəbin kitabxanasında  “Azərbaycanlıların Soyqırımı Günü”  mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Tİ üzrə direktor müavini Tahir Həmzəyev, məktəbin  kitabxana müdiri Sevil Məmmədova və VI “B” sinif şagirdləri iştirak edirdilər.  Şagirdlərə 1918-ci il 31 Mart tarixində Azərbaycanın Bakı, Şamaxı, Quba da daxil olmaqla bir sıra şəhərlərdə erməni daşnakları tərəfindən yerli camaata qarşı  törədilmiş soyqırımı, əsasən də  faciə zamanı  həyata keçirilən dəhşətli işgəncələr barəsində geniş məlumat verildi.  Şagirdlər hazırladıqları “Azərbaycanlıların Soyqırımı” adlı təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi