Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi

14 noyabr tarixində məktəbdə böyük Azərbaycan şairi, milli şeirimizin gözəl ustadı Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Gözəl tərtibat verilmiş səhnədə milli geyimlərlə şagirdlərin ifasında şairin şeirləri təqdim olunmuşdur. Şagirdlər öz istedadlarını nümayiş etdirərək maraqlı bir ədəbi-bədii kompozisiya yaratmışlar. M.P.Vaqifin sözlərinə həsr olunmuş mahnılar 11-ci sinif şagirdləri tərəfindən məharətlə ifa olunmuşdur. Sonda məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək, xoş sözlərlə tədbir iştirakçılarını alqışlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi