Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb..Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilib. Son zəng ilə bağlı məktəbimizdə tədbirlər keçirilib.Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunub.