“Şahin” hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilib

08 aprel 2017-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib. Yarışlarda rayonunun 37 orta ümumtəhsil məktəbindən 518 şagird iştirak edib. Hərbi yarışda məktəbimizin komandası da iştirak edb. Komandanın tərkibi 10 oğlan,4 qız olmaqla 8 - 10-cu sinif şagirdlərindən ibarət olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi