MƏKTƏBİN IX SİNİF ŞAGİRDLƏRİ İLƏ REPRODUKTİV SAĞLAMLIĞA HƏSR OLUNMUŞ,,ERKƏN VƏ QOHUMLARARASI NİGAHLARIN FƏSADLARI” MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

07 mayda məktəbin 9,,D” sinif şagirdləi(qızlar və oğlanlar ayrılıqda) ilə məktəbin həkimi Xədicə Dosuyeva tərəfindən,,Reproduktiv sağlamlığa”həsr olunmuş ,,Erkən və Qohumlararası nigahların fəsadları”mövzusunda maarifləndirici söhbət təşkil edildi.Xədicə həkim qeyd etdi ki,qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar.Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir".Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər.Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırılmalı,gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər Söhbət şagirdlər tərəfindən maraqla qarşılandı.Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olundu.