FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI VIII VƏ IX SİNİF ŞAGİRDLƏRİ İLƏ “FÖVQƏLADƏ HALLARDA DAVRANIŞ QAYDALARI ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, FHN-nin birgə təşkilatçılığı ilə 02 mayda 17 nömrəli tam orta məktəbdə 8,,E”,8,,Ə”,9,,E”və 9,,D” sinif şagirdlərinin iştirakı ilə FHN-nin əməkdaşları tərəfindən ,,Fövqəladə hallarda (zəlzələ,sudaboğulma, yanğın, dəm qazı təhlükəsi) davranış qaydaları” mövzusunda maarifləndirici söhbət keçirildi.FHN-nin əməkdaşları nəzəri hissədə şagirdlərə fövqəladə hallar, o cümlədən zəlzələ,sudaböğulma,yanğın və dəm qazı təhlükəsi zamanı zəruri davranış qaydaları,təxliyə tədbirləri barədə ətraflı məlumat verdilər.Sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı və mövzuya uyğun olaraq maarifləndirici videoçarx nümayiş olundu.