MƏKTƏBİN VIII VƏ IX SİNİF ŞAGİRDLƏRİ İLƏ ,,PİSA”BEYNƏLXALQ SINAQ QİYMƏTLƏNDİRMƏ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT APARILDI

23 apreldə 17 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdləri ilə AR Elm və Təhsil Nazirliyinin alt qurumu Tİ-nun Milli və Beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin əməkdaşları Sevinc Əsədova və Röyal Mahmudov ,PİSA”Beynəlxaq sınaq qiymətləndirməsi mövzusunda maarifləndirici görüş keçirildi.Görüşdə Röyal Mahmudov PISA ümumi təhsil müəssisələri üzrə şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə haqqında geniş məlumat verdi.Şagirdlər ətraflı məlumatlar əldə edərək,onları maraqlandıran suallara cavablar aldılar.