AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ IX,X,XI SİNİF ŞAGİRDLƏRİ VƏ ONLARIN VALİDEYNLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLDİ

25 apreldə 17 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Mudafiə Universitetinin əməkdaşları polkovnik leytenant Bahadur Qənbərov və kapitan Əli Elşənov tərəfindən 9,10,11-ci sinif şagirdləi və onların valideynləri ilə görüşdə iştirak etdilər.Görüşün əsas məqsədi məzunları bu ali məktəblə,onun elmi-texniki bazası ilə yaxından tanış etmək idi. Milli Müdafiə Universitetində tədris müxtəlif təhsil pillələri və istiqamətləri üzrə olmaqla tabeliyindəki təhsil müəssisələri tərəfindən həyata keçirilir.Universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi Liseyvə Cəmşid Naxçıvanski adına Hərbi Lisey tam orta təhsil pilləsi, Bakı Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci subbakalavr pilləsi,Heydər Əliyev adına Hərbi İnstitut isə bakalavr pilləsi üzrə təhsil verir.
Hərbi İdarəetmə İnstitutu magistratura proqramları, o cümlədən qərargah zabiti, idarəetmə akademik, müştərək idarəetmə, strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə və yuxarı qərargah gizir kursları təklif edir.Adyunktura (doktorantura) pilləsi üzrə təhsil Hərbi Elmi-Tədqiqat İnstitutu tərəfindən təmin edilir. Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində ehtiyat zabit, gizir və çavuş hazırlığı kursları təşkil olunur.Tədbirdə çıxış edən qonaqlar şagirdlərə Milli Universitetinin nəzdində yaradılmış mərkəz haqqında geniş məlumat verdilər.Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.