"Narkomaniyaya qarşı mübarizə– narkomaniyaya yox deyək!"

XIX əsrin ən fəlakətli xəstəliklərindən biri də narkomaniyadır. İllər boyu insanlar bu xəstəliyə qarşı mübarizə aparırlar.Bizim məktəbdə də hər il bu məsələ barədə çoxlu inşa müsabiqələri keçirilir.Bu gün də 8, 9, 10, 11-ci sinif şagirdlərini “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ, NARKOMANİYAYA YOX DEYƏK!” başlığı altında keçirilən tədbirə çağırmışdılar. Tədbirə bəzi qonaqlarda dəvət edilmişdi.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.Gəncləri maarifləndirmə məqsədi daşıyan tədbirdə adıçəkilən təhsil müəssisəsinin müdiri , müəllim və şagird heyəti, Xətai rayon polis idarəsinin əməkdaşları Muradəli Babayev və Bakı şəhər Narkoloji dispanserin işçiləri iştirak etmişdirlər.Çıxış edən natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi