“SAĞLAM QİDALANMA” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

  17 nömrəli tam orta məktəbdə“Sağlam qidalanma” mövzusunda 8,,E” sinif şagirdləri ilə məktəbin həkimi Xədicə Dosuyeva maarifləndirici söhbət təşkil etdi.Söhbət zamanı “Sağlam qidalanma” haqqında şagirdlərə geniş məlumat verildi.Hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı.Söhbət zamanı müzakirələr aparıldı, fikir mübadiləsi edildi.Sonda şagirdlər öz çıxışlarında sağlam qidanın insan orqanizminə faydasından danışdılar.Sağlam qidalanmanın əsas şərtləri keyfiyyətli və ekoloji təmiz məhsullarla qi­dalanmaqla yanaşı, həmçinin qidalanma rejimi və tərzinə düzgün riayət edilməsi­dir.Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur.Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi