TƏBİƏTİN GÖZƏLLİYİNİ QORUYAQ

                      

  Azərbaycan Respublikasında 2024-cü ilin ,,Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AR Elm və Təhsil Nazirinin 15.03.2024-cüil tarixli,3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planına uyğun olaraq 17 apreldə 17 nömrəli tam orta məktəbin 9“Ç”sinif şagirdləri ilə texnologiya müəllimləri Əfsanə Abdullayeva və Rəhniman Dəmirçiyeva“Təbiətin gözəlliyini qoruyaq”adlı mövzuda açıq havada dərs keçirdilər.Dərs zamanı şagtirdlərə göz oxşayan dibçəklərin həyatımızdakı rolundan və onlara necə qulluq etmək lazım olduğundan danışıldı. Daha sonra isə şagirdlər əldə etdikləri məlumatlar əsasında məktəb həyətində ağac və kolların diblərin suladılar və təmizlik işləri gördülər.Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər.Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi