BAKI ZOOLOJİ PARKINA EKSKURSİYA TƏŞKİL EDİLDİ

   26 apreldə məktəbin 3,,C” sinif şagirdləri sinif müəllimi Şəhla Musayevanın təşkilatçılığı ilə ,Bakı zooloji parkında “ ekskursiyada  oldular. Ekskursiyanın təşkilində sinif  müəllimi və bir neçə valideyn iştirak etmişdir. Məqsəd Azərbaycan faunasına aid olan heyvanları tanımaq, öyrənmək, təbiətdə bu heyvanlarla rastlaşdıqda onları məhv etməmək, əksinə qorumaqdır.Zooparkda şagirdlər nadir heyvanlarla tanış oldular.Azərbaycanın zəngin faunasının olması şagirdlərin nəzərinə çatdırıldı.Şagirdlər zooparkda olan heyvanlar haqqında ətraflı məlumatlar əldə etdilər.Şəhla müəllim şagirdlərə heyvanların və quşların həyat tərzi və qidalanması ilə bağlı maraqlı məlumatlar verdi.Şagirdlərin sualları cavablandırıldı.Ekskursiya şagirdlər tərəfindən çox maraqla qarşılandı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi