2024-CÜ İL “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ELAN EDİLMƏSİ İLƏ ƏLAQƏDAR OLARAQ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

   Azərbaycan Respublikasında 2024-cü ilin ,,Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AR Elm və Təhsil Nazirinin 15.03.2024-cüil tarixli,3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planına uyğun olaraq 15 apreldə 17 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Könül Səfərova 8,,Ə”sinif şagirdlərinin iştirakı ilə açıq havada məktəbyanı sahədə seminar dərs təşkil etdi.Məktəb ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, yaz mövsümünün başlaması, təbiətə qayğı və yaşıllıqların artırılması, abadlıq- təmizlik sahəsində məktəbəmizdə ardıcıl tədbirlər görülür.Həmçinin, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Layihənin həyata keçirilməsində əsas məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin artırılması,təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi,dövrün qlobal problemlərinin həllinə dəstək verilməsidir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi