DAHİ AZƏRBAYCAN ŞAİRİ MƏHƏMMƏD FÜZULİNIN 530 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ,BƏDİİ ƏSƏRLƏR,MƏQALƏ VƏ KİTABLARLA TANIŞLIQ ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

,,Dahi azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”AR Pezidentinin Sərəncamının icrası ilə əlaqədar ,,Məhəmməd Füzuli ayı”layihəsi çərçivəsində 15 apreldə məktəbin kitabxana müdiri Sevil Qurbanova və ədəbiyyat müəllimi Aynurə Məmmədova 6,,Ə”sinif şagirdlərinin iştirakı ilə elmi,bədii əsərlər,məqalə və kitablarla maarifləndirici tədbir təşkil etdilər. Layihənin əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək,dahi şairin zəngin əbədi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq,intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq,eləcə də gənc istedadları  üzə çıxarmaqdır.

  Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı.Füzuli Bağdadın yaxınlığındakı Kərbəlada dünyaya gəlmiş və ömrü boyu vətən həsrəti ilə alışıb yanmışdır.Füzuli əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə almışdır. “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həfti-cam”, “Leyli və Məcnun” və s. kimi iri həcmli əsərləri, çoxlu qəzəlləri söz sənətinin ölməz abidələridir. O, doğma ədəbiyyatımızı vətəndən çox-çox uzaqlarda şöhrətləndirdi. Əsərləri hələ o zamanlar İstanbul, Təbriz, Daşkənd və s. kimi böyük şəhərlərdə dəfələrlə çap edilirdi.Şərq poeziyasında Füzuli lirik şair, qəlb şairi, məhəbbət şairi kimi tanınır. Öz hekayələrində o, elmə olan marağını da göstərmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi