MƏKTƏBİN IX SİNİF ŞAGİRDLƏRİ İLƏ ,, REPRODUKTİV SAĞLAMLIĞA” HƏSR OLUNMUŞ,,QOHUMLARARASI NIGAHLARIN FƏSADLARI” MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

  “Reproduktiv sağlamlıq” mövzusunda 09 apreldə məktəbin 9,,E” sinif şagirdləi ilə məktəbin biologiya müəllimi Xəyalə Cəfərova tərəfindən,,Reproduktiv sağlamlığa”həsr olunmuş ,,Qohumlararası nigahların fəsadları”mövzusunda maarifləndirici söhbət təşkil etdi.Xəyalə müəllim  qeyd etdi ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar.Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir".Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər.Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırılmalı,gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər.Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi