MƏKTƏBİN VIII SİNİF ŞAGİRDLƏRİ İLƏ REPRODUKTİV SAĞLAMLIĞA HƏSR OLUNMUŞ ,,ERKƏN NİGAHLARIN FƏSADLARI”MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

    Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır."Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.“Reproduktiv sağlamlıq” mövzusunda 08 apreldə məktəbin 8,,E” sinif şagirdləi ilə məktəbin biologiya müəllimi Tahir Həmzəyev tərəfindən,,Reproduktiv sağlamlığa”həsr olunmuş,,Erkən nigahların fəsadları”mövzusunda maarifləndirici söhbət təşkil edildi. Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər. Tahir müəllim çıxış edək şagirdlərə “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi, sonra videoçarx nümayiş etdirildi.Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.Sonda mövzuya həsr olunmuş suallar cavablandırılıdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi