31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ SÖHBƏT TƏŞKİL EDİLDİ

   “31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş maarifləndirici söhbət 11,,C” və 9,,E”sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Vüsalə Əliyeva tərəfindən təşkil edildi.Vətənimizin azadlığı uğrunda şəhid olmuş övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Dərs zamanı Vüsalə müəllim 31 matr 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında şagirdlərə geniş məlumat verdi.Tədbirdə iştirak edən MS tərbiyə işləri üzrə təşkilatçı  Tahir Həmzəyev öz çıxışında təxmini hesablamalara görə, mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfərin öldürülməsindən və digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da törədilən qırğınlarda, öldürülən insanların sayının dəqiq bilinməməsindən söhbət açdı.Sonra ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən erməni vandalizmindən, vəhşiliklərdən bəhs edən sənədli film nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi