“DƏYƏRLƏRİMİZİ QORUYAQ !” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBDƏ ,,NOVRUZ”BAYRAMI QEYD EDİLDİ

  19 martda məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinə çərçivəsində "Novruz milli bayramımızdır" adlı tədbir məktəb foesində keçirildi.Məktəb müdiriyyəti tərəfindən təşkil edilən bu tədbirdə müəllimlər,valideynlər və VIII-XI sinif şagirdləri iştirak edirdilər. Şagirdlər tərəfindən şən mahnılar, milli rəqslər ifa olundu və bu çıxışlar böyük coşqu yaradaraq alqışlarla qarşılandı.Tədbirdə Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının xüsusi yeri olduğu dönə-dönə vurğulandı, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırıldı.Qeyd edək ki, layihənin keçirilməsində məqsəd dəyərlərimizi qorumaqla yanaşı şagirdlərdə milli-mənəvi dəyərlərimizə məhəbbət ruhunun yüksək olmasını aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi