MƏKTƏB HƏYƏTİNDƏ ,,YEL ÇƏRŞƏNBƏSİ” QEYD EDİLDİ

  BŞTİ-nin 28.02.2024-cü il tarixli 3-29-59/3-2-103F№li əmrinə əsasən “Dəyərlərimizi qoruyaq!” layihəsinin icrası çərçivəsində 17 nömrəli tam orta məktəbdə ,,Yel çərşənbəsi" bayramı münasibəti ilə,,Dəyərlərimizi qoruyaq”layihəsi çərçivəsində 12 martda məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinə uyğun "Novruz milli bayramımızdır" adlı tədbir keçirildi.Məktəb müdiriyyəti tərəfindən təşkil edilən bu tədbirdə müəllimlər,valideynlər və VIII sinif şagirdləri iştirak edirdilər. Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyildir.Məktəbin həyətində qurulmuş bayram tonqalı alovlandırıldı.Şagirdlər tərəfindən milli rəqslər ifa olundu və bu çıxışlar böyük coşqu yaradaraq alqışlarla qarşılandı.Tədbirdə Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının xüsusi yeri olduğu dönə-dönə vurğulandı, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırıldı.Qeyd edək ki, layihənin keçirilməsində məqsəd dəyərlərimizi qorumaqla yanaşı şagirdlərdə milli-mənəvi dəyərlərimizə məhəbbət ruhunun yüksək olmasını aşılamaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi