İDMAN NAİLİYYƏTLƏRİ OLAN AZƏRBAYCAN YIĞMA KOMANDASININ ÜZVÜ İLƏ GÖRÜŞ GEÇİRİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi BŞTİ-dən daxil olmuş 3-29-59/3-2-38F/2024 nömrəli məktubuna əsasən,,İdmansevərlər”layihəsinin keçirilməsi üçün idman nailiyyəti olan 5,,Bsinif şagirdi Loyko Milana ilə görüş təşkil edildi.Görüşdə idman müəllimləri Səbinə Babayeva,Gülər Vahidova və 5,,B”sinif şagirdləri iştirakı edirdilər.Öncə, Azərbaycan yığma komandasının üzvü olan Milana  ,,İdman gimnastikası “idman növü haqqında məlumat verdi və əldə etdiyi nəticələr, yarışlara həsr olunmuş videoçarx təqdim etdi. Məktəbdə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi