MƏKTƏBDƏ MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  09 fevralda 17 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbir IXDsinif şagirdlərinin iştirakı ilə,tarix müəllimi Leyla Qəribova tərəfindən təşkil edilmişdirlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.Sonra iştirakçılar öz çıxışlarında Milli Qəhrəman Mübariz İbrahimovun həyat fəaliyyəti, qəhrəmanlığı haqqında geniş məlumat verdiləreirlər söylədilər,hazırladıqları rəsm və şəkilləri nümayiş etdirdilər. Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

   Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi