2024-CÜ İL “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ELAN EDİLMƏSİ İLƏ ƏLAQƏDAR OLARAQ AĞACLARA QULLUQ EDİLDİ

   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.Sərəncamın icrasının təmin edilməsi məqsədilə 08 fevralda 17 nömrəli tam orta məktəbin ,,Gənc təbiətçilər”dərnəyinin rəhbəri  Könül Səfərovanın rəhbərliyi ilə dərnək üzvləri məktəbyanı sahədə açıq havada təmizlik işləri gördülər, ağaclar,güllər və ağac kollarına qulluq etdilər, sonra məktəbin bostanının yerini müəyyənləşdirərək əkin üşün hazırladılar.Layihənin həyata keçirilməsində əsas məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin artırılması,təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi,dövrün qlobal problemlərinin həllinə dəstək verilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi