“2 FEVRAL-AZƏRBAYCAN GƏNCLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLDİ

  2 fevralda 17 nömrəli tam orta məktəbdə ,, 2 fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş seminar 8,,E” sinif şagirdlərinin iştirakı ilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Tahir Həmzəyev tərəfindən təşkil edildi.O qeyd etdi ki, gənclərimiz Ulu Öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən,hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir.

  Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib.Sonra ,,Azərbaycan gəncləri’nə həsr olunmuş videoçarx nümayiş olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi