,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ VALİDEYNLƏRLƏ MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 18.04.2023-cü il 3-29-59/3-2-170F №li ,,Ailəm və məktəbim” layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların ailə-məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində,qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.Beləki, 25 dekabrda məktəbin 9,10 və 11 sinif şagirdlərinin iştirakı və sinif müəllimlərinin təşkilatçılığı ilə məktəbdə 5 gün davam edəcək “Ailəm və məktəbim” adlı layihəsinə start verildi.Layihənin I günündə akt zalında ilk öncə TT üzrə məktəbin direktor müavini Baturə Sanıyeva çıxış edərək layihə haqqında məlumat verdi,sonra isə ,,Yaşam”psixoloji mərkəzin rəhbəri psixoloq Nərgiz Hüseynova ,,Yeniyetmələrin yaş xüsusiyyətləri”mövzusunda maarifləndirici məruzə ilə çıxış edərək müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq,valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məsələlərini valideynlərlə müzakirə etdilər.Tədbirin I günü məktəbin yeməkxanası,kitabxanası,idman zalı,sinif otaqları və informatika otaqları ilə valideynlər tanış oldular.Layihənin ilk günündə vaxt ayırıb,bu layihədə iştirak edən valideynlərimizə xüsusi təşəkkür edirik!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi