MƏKTƏB ŞAGİRDLƏRİ PEŞƏLƏR FESTİVALINDA İŞTİRAK ETDİLƏR

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə Bakı şəhərində ,,Peşələr Festivalı” keçirilib. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar. 4 dekabrda keçirilən festivalda 17 nömrəli tam orta məktəbin rəhbərliyi Nazilə Əliyeva, təşkilatçı müavin Tahir Həmzəyev,9,,D,9,,E,8,,A, 8,,Əsinif şagirdləri və sinif rəhbərləri Gülxarə Mehdiyeva,Xəyalə Cəfərova,Sofiya Allahyarova və Sevinc Dəmirova iştirak etdilər. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə etdilər. Hər kəs festivaldan xoş təəssüratla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi