MƏKTƏB ŞAGİRDLƏRİ ,,MİLLİ XALÇA VƏ ŞIRVANŞAHLAR” MUZEYLƏRİNDƏ EKSKURSİYADA OLDULAR

  Azərbaycan Milli Xalça Muzeyi- Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır.1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi,1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi,2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.2014-cü ildə Dənizkənarı Milli Parkda inşa edilən yeni binasına köçürülmüşdür.Yarandığı zaman dünyanın ilk xalça muzeyi olmuşdur.Burada Azərbaycan xalçalarının dünyada ən zəngin kolleksiyası toplanmışdır. “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”,“Keramika, şüşə, ağac, kağız”,“Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur.

Şirvanşahlar—Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksiŞirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı.Kompleksə saraydan başqa Divanxana,Şirvanşahlar türbəsi,Şah məscidi,Saray hamamı,ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsiKeyqubad məscidinin qalıqları daxildir.Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib.Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində,Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib.Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

  01 iyun məktəbimizin 4,,E” sinif şagirdləri,sinif müəllimi Samirə İbrahimovanın rəhbərliyi ilə Azərbaycan Milli Xalça və Şirvanşahlar muzeylərinə ekskursiyada oldular.Muzey bələdçiləri şagirdləri Xalça və Şirvanşahlar muzeylərində olan maraqlı eksponatlar ilə tanış edərək, muzeylər haqqında geniş məlumatlar verdilər.Muzeydə olan sərgilər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi