İdmanda uğurlarımız

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 19-23 dekabr 2016-ci il tarixlərdə 269 və 204 №li tam orta məktəblərin idman zalında rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan oğlanlar və qızlar arasında “Basketbol” idman növü üzrə yarış keçirilmişdir.Yarışda rayonun 19 məktəb komandası tərkibində 190 nəfər məktəbli iştirak etmişdir.Yarışda birinci yeri 269 №li, ikinci yeri 17 №li, üçüncü yeri 257 №li tam orta məktəblərin komandaları tutmuşdur.Qızlar arasında yarışda isə bizim məktəbimiz birinci yeri tutmuşdur.Sonda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi