21 FEVRAL- BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ KEÇİRİLDİ

,,21 fevral Beynəlxalq Ana dili günü”nə həsr olunmuş məktəbdaxili şeir müsabiqəsi keçirildi.Müsabiqə metodbirləşmə sədri Əsmər Bolıyevanın rəhbərliyi ilə V,VI,VII,VIII,IX və X sinif şagirdləri arasında təşkil edilmişdir.Şeir müsabiqəsində 8,,E”sinif şagirdi Mehdizadə Nihat I yerə,8,,E”sinif şagirdi Əliyeva Xədicə II yerə,5,,G”sinif şagirdi Səmədzadə Fatimə III yerə və fəal iştiraklarına görə bir sıra iştirakçılar  diplomlarla  təltif edildilər.Onlar öz maraqlı və gözəl bədii qiraətləri ilə dinləyicilərin və münsiflərin rəğbətini qazandılar.Tədbirdə iştirak edən məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev sonda çıxış edərək qeyd etdi ki,hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi