PEDAQOJİ ŞURA KEÇİRİLDİ

   14 fevralda 17 nömrəli tam orta məktəbdə I yarımilin yekunlarına dair Pedaqoji Şuranın növbəti iclası keçirildi.Məktəb rəhbərliyinə təqdim olunmuş hesabatlar müzakirə olundu.Məktəbin direktoru Nazilə Əliyeva iclasda Dövlət ümumitəhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən şagirdlərin məktəbli forması müzakirə edildi.Məktəbin İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin II yarımil ərzində səmərəli şəkildə yerinə yetirilməsi,tədrisin təşkilində müasir metodların istifadə edilməsi üçün təşkilati işlərin aparılması və daim diqqətdə saxlanılmasının vacibliyi vurğulandı.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi