,,ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ”NƏ HƏSR OLUNMUŞ SƏRGİ TƏŞKİL EDİLDİ

  2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir.Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an,hər gün gözümüz önündədir.Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.Beləki, 10 fevralda 17 nömrəli tam orta məktəbdə V-IX sinif şagirdlərinin hazırladıqları divar qəzetləri,rəsmlər və fotoşəkillərdən ibarət guşələr həm məktəbin dəhlizində xüsusi ayrılmış yerdə,həm də məktəb kitabxanasında yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi