MƏKTƏBDƏ MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

  17 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş seminar dərs keçirildi.Dərs Mübariz İbrahimovun adını daşıyan 9 “E” sinif şagirdlərinin iştirakı ilə,tarix müəllimi Leyla Qəribova tərəfindən təşkil edilmişdir.İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.Sonra iştirakçılar öz çıxışlarında Milli Qəhrəman Mübariz İbrahimovun həyat fəaliyyəti,qəhrəmanlığı haqqında geniş məlumat verdilər,şeirlər söylədilər,hazırladıqları rəsm və şəkilləri nümayiş etdirdilər.Sonda Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat fəaliyyəti və qəhrəmanlığına həsr olunmuş sənədli film nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi